İtaliyanın "Latsio" klubu baş məşqçi Simone İnzagi ilə yeni müqavilə bağlayıb.

Offsideplus.az xəbər verir ki, yeni sözləşməyə əsasən, 44 yaşlı mütəxəssis ildə 2,4 milyon avro qazanacaq. Hazırkı sözləşmə 30 iyun 2021-ci ilədək nəzərdə tutulub. İnzagi klubla İtaliya Kuboku və Super Kubokunu qazanıb.

Qeyd edək ki, bu mövsüm "Latsio" İtaliya A Seriyasında 18 oyundan 31 xalla 7-ci pillədə qərarlaşıb.