"Yuventus"un yarımmüdafiəçisi Matteys de Liqt koronavirusa yoluxub.
Offsideplus.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Koronavirus testi müsbət çıxan niderlandlı dərhal karantinə alınıb.
Qeyd edək ki, de Liqt "Yuventus"un bu həftə koronavirusa yoluxan 3-cü futbolçusudur. Daha öncə Aleks Sandro və Xuan Kuadradonun da COVİD-19 testələri pozitiv çıxmışdı.