Braziliya təmsilçisi "San Paulu"da forma geyinən Brener Souza da Silva İtaliya nəhənginin hədəfindədir.
Offsideplus.az "Calciomercato"ya istinadən xəbər verir ki, 20 yaşlı hücumçu ilə "Yuventus" yaxından maraqlanır.
2017-ci ildə "San Paulu"da debüt edən Silvanın klubla müqaviləsi 2022-ci ilə qədər nəzərdə tutulub.
Qeyd edək ki, Brener Souza da Silva cari mövsüm 20 oyunda 9 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.