“Milan”ın hücumçusu Zlatan İbrahimoviç yenidən zədələnib.
Offsideplus.az xəbər verir ki, “qırmızı-qaralar”ın dünən keçirilən məşqində narahatlıq yaşayan 39 yaşlı futbolçunun sol ayaq əzələsində qanaxma aşkarlanıb. İsveçli ulduz 10 gündən sonra təkrar tibbi müayinədən keçəcək.
Qeyd edək ki, noyabrın sonlarında zədələnən İbrahimoviç komandanın son oyunlarında meydana çıxa bilməmişdi.