"Milan"ın ulduzu Zlatan İbrahimoviç Maldinilərin iki nəsli ilə oynaması barədə maraqlı açıqlama verib.
Offsideplus.az xəbər verir ki, İbrahimoviç BBC-də yayımlanan "Football Focus" televiziya proqramında iştirak edib. Verilişdə müxtəlif nəsillərlə oynamasına toxunan 39 yaşlı hücumçu Maldinin nəvəsi ilə yaşıl meydanlarda top qovacağına ümidini bildirib:
"Fərqli nəsillərlə çıxış etmişəm kimi hiss edirəm. Paolo Maldiniyə qarşı oynamışam, indi isə onun oğlu Daniel ilə eyni komandadayam. Ümid edirəm ki, Danielin oğlu ilə də oynaya bilərəm. Bu əsl möcüzə olardı".