"Paulo Dibala yeni Messidir və "Real Madrid"ə qatılmalıdır".
Offsideplus.az xəbər verir ki, bu sözləri "Palermo"nun sabiq prezidenti Mauritsio Zamparini deyib. İtaliya nəhəngi 26 yaşlı hücumçu ilə yeni müqavilə bağlamaq istəsə də, Dibalanın meyli başqa kluba keçməkdədir.
"Real Madrid", "Barselona", "Mançester Yunayted" və PSJ kimi klublar argentinalı ulduz ilə yaxından maraqlanır.
Qeyd edək ki, Paulo Dibalanın "Yuventus"la müqaviləsi 2022-ci ildə başa çatır.