"Milan"da çıxış edən Hakan Çalkanoğlu ötən günlərdə məşq zamanı zədələnib.

Offsideplus.az İtalyan mətbuatına istinadən xəbər verir ki, türkiyəli futbolçunun zədəsi gözləniləndən daha tez sağala bilər. Belə ki, "Milan"ın həkim qrupu 26 yaşlı futbolçunu yaşıl meydanlara qaytarmaq üçün əlindən gələni edir. 

Son xəbərlərə görə, bu həftə Çempionlar Liqası matçını buraxan Çalkanoğlu sabah "Roma" ilə baş tutacaq oyunda iştirak edəcək. 

Qeyd edək ki, "Milan" - "Roma" matçı sabah saat 23:45-də baş tutacaq.