"Yuventus" ulduz futbolçuları Kriştianu RonaldoPaulo Dibaladan birini satmaq niyyətindədir.

Offsideplus.az xəbər verir ki, "Sportmediaset" nəşri yaxın günlərdə klubun yeni baş məşqçisi Andrea Pirlo ilə idman direktoru Fabio Paratiçi arasında bununla bağlı görüş olacağını yazıb.

Turin klubunun bu addımına səbəb yüksək maaş yükündən azad olmaq istəməsidir.

Portuqaliyalı hücumçunun illik məvacibi 31 milyon avrodur. Argentinalı futbolçu isə "Yuventus"da ilinə 15 milyon avro qazanır. 

"Yuventus" Dibalanı 90 milyon avro qarşılığında satmağa hazırdır. İddialara görə, argentinalı oyunçu Pirlonun oyun planına uyğun gəlmir.  Onunla İngiltərənin "Tottenhem" və "Mançester Yunayted" klubları maraqlanır.

Qeyd edək ki, ötən gün Kriştianu Ronaldonun "Barselona"ya təklif olunduğu ilə bağlı xəbərlər yayılmışdı.