"Yuventus" klubunun futbolçusu Blez Matyuidi komandadan ayrılıb.
Offsideplus.az xəbər verir ki, fransalı yarımmüdafiəçinin 2021-ci ilin yayına qədər olan müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv olunub.
Qeyd edək ki, 33 yaşlı oyunçu 2017-ci ildə PSJ-dən "Yuventus"a keçib.