"Yuventus"un baş məşqçisi Maurisio Sarri A Seriyada "Kalyari"yə məğlubiyyəti (0: 2) şərh edib.

Offsideplus.az xəbər verir ki, italyan məşqçi oyun qrafikinin sıxlığından gileylənib:
"Problem ondadır ki, Avropada 12 gündə 5 matç oynayan yeganə komandayıq. Sabah oyunçuların vəziyyətinə baxıb, şənbə günü (Romaya qarşı oyun üçün) üçün U-23-dən də oyunçular seçməyə çalışacağıq. Oyunçuların dincəlməyə ehtiyacı var. Həvəsləndirmə və fədakarlıq baxımından bugünkü oyun qeyri-adi keçdi və mövsümün digər oyunları ilə müqayisə oluna bilməz. Yaxşı oynadıq, amma topla istədiyimiz qədər sürətli davrana bilmədik. Meydanda ləng hərəkət rəqibinizin işini asanlaşdırır. Hazırda doqquz oyunçumuzun zədəsi var, bu səbəbdən "Lyon"la matçdan əvvəl müəyyən şübhələrim var. Görək kim tam hazır olacaq".

Qeyd edək ki, Çempionlar Liqasının 1/8 final mərhələsinin "Yuventus"la "Lion" arasındakı cavab oyunu  avqustun 7-də baş tutacaq (ilk oyun - 0: 1).