"Real" klubu ötən mövsümü icarə əsasında "Rasinq"də keçirən qapıçı Luka Zidanla yollarını ayıracaq. 

Offsideplus.az xəbər verir ki, AS nəşri "kral klubu"nun 22 yaşlı qolkiperlə başa çatan müqaviləni yeniləməyəcəyini yazıb.

Madrid klubunun baş məşqçisi Zinəddin Zidanın oğlu olan Luka ilə Fransanın "Monpelye" klubu maraqlanır.