“Milan”ın idman direktoru Paulo Maldini əməliyyat olunub.
Offsideplus.az “Football Italia”ya istinadən xəbər verir ki, 52 yaşlı keçmiş müdafiəçi böyrək daşlarının çıxarılması üçün əməliyyat edilib.
Cərrahi müdaxilənin uğurlu olduğu və Maldininin özünü yaxşı hiss etdiyi bildirilib.
Qeyd edək ki, Paulo bir müddət əvvəl koronavirusa yoluxmuş və müalicə olunaraq sağalmışdılar.