“Napoli” klubunun hücumçusu Arkdaiuş Milik karyerasını İspaniyada davam etdirə bilər.
Offsideplus.az xəbər verir ki, Madrid “Atletiko”su oyunçunu heyətinə qatmaq niyyətindədir.
Milikin “Napoli” ilə müqaviləsi 2021-ci ilə qədərdir. Rəhbərlik polşalı hücumçu ilə sözləşməni uzatmaq istəsə də, oyunçu buna razı olmayıb. Bunun üçün də Milikin komandadan ayrılacağı bildirilir.
“Napoli” forvard üçün 32 milyon avro tələb edir.