“Yuventus” klubunun uzun müddətdir zədədən əziyyət çəkən futbolçusu Corcio Kyellini sıralara qayıdıb.
Offsideplus.az xəbər verir ki, 35 yaşlı müdafiçi A Seriyası bərpa olunduqdan sonra meydana çıxa biləcək.
Qeyd edək ki, Kyellini ötən ilin avqustunda diz bağlarından əməliyyat olunmuşdu. .