"Milan” A seriyasının 22-ci turunda "Verona” ilə qarşılaşıb.
Offsideplus.az xəbər verir ki, 1:1 hesabı ilə yekunlaşan oyunun son dəqiqələrində "Milan”ın heyətində meydana 18 yaşlı Daniel Maldini daxil olub.
Onun meydana daxil olması "Milan” üçün tarixi əhəmiyyət daşıyıb. Belə ki, Daniel vaxtilə "Milan”ın şərəfini qorumuş Çezera və Paolo Maldinilərin davamçısıdır. O, Polonin oğlu, Çezeranın nəvəsidir.
Baba və ata Maldinilər "Milan”ın heyətində 994 oyun keçiriblər (Paolo 647, Çezera 347). Onların hər iki "Milan”ın kapitan sarğısını daşıyıblar.
Daniel 2000-ci ildən sonra doğulanlar arasında "Milan”ın heyətində meydana çıxan ilk futbolçudur.