“Napoli”nin qapıçısı Pepe Reyna “Milan”a keçməyə yaxındır.
Offsideplus.az xəbər verir ki, 35 yaşlı qolkiper bu gün “Milan”da tibbi baxışdan keçəcək.
İspaniyalı qapıçının Neapol təmsilçisi ilə müqaviləsi yayda başa çatacaq. Ona görə də Reynanın yanvarın 1-dən digər klublarla danışıq aparmaq hüququ var.
Təcrübəli qapıçının mövsümün sonunda “Milan”a azad agent statusu ilə pulsuz keçəcəyi bildirilir.
Qeyd edək ki, Reyna 2015-ci ildən “Napoli”də çıxış edir.