Futbol üzrə İtaliya A seriyasında 19-cu tura start verilir.

 Offsideplus.az xəbər verir ki, bu gün 3 oyun baş tutacaq. "Milan"la "Napoli" səfərdə, "İnter" isə doğma meydanda 3 xal uğrunda mübarizə aparacaq.

Hazırda turnir cədvəlinə 45 xala malik "Yuventus" rəhbərlik edir. Eyni xala malik "İnter" top fərqinə görə ikincidir.