"Yuventus”un sabiq baş məşqçisi Massimiliano Alleqrinin təkliflərdən imtina etməsi bəlli olub.
Offsideplus.az xəbər verir ki, Alleqri "Mançester Yunayted”də çalışmaq niyyətindədir. Məhz buna görə də, o, gələn təkliflərdən imtina edir. O, bu müddətdə 5 dəfə İtaliya çempionluğunu, 4 dəfə kuboku, 2 dəfə isə İtaliya Sueprkubokunu qazanıb.
Alleqri Ule Qunnar-Sulşerin MY-dən istefaya göndəriləcəyini vaxtı gözləyir. Alleqri "Yuventus”da 2014-2019-cu illərdə çalışıb.