“Yuventus”un futbolçusu Rodriqo Bentankur  İtaliya Futbol Federasiyası tərəfindən 3 oyunluq diskvalifikasiya olunub.

Offsideplus.az xəbər verir ki, uruqvaylı yarımmüdafiəçi İtaliya superkubokunda “Latsio”ya məğlub olduqları oyunda qırmızı vərəqə alaraq meydandan qovulmuşdu. 

İtaliya superkubokunda “Latsio” “Yuventus”a 3:1 hesabı ilə qalib gəlib.