“Yuventus”un futbolçusu Corcio Kyellini əməliyyat olunub.

Offsideplus.az xəbər verir ki, bu barədə Turin təmsilçisinin rəsmi saytı məlumat yayıb. Dizindən əməliyyat olunan 35 yaşlı müdafiəçi 6 aya qədər meydana çıxa bilməyəcək.

"Yuventus" Çempionlar Liqasının iştirak ərizəsində təcrübəli futbolçunun əvəzinə türkiyəli müdafiəçi Merih Dəmirəlin adını qeyd edib.