"Çelsi" klubunun baş məşqçisi Mauritsio Sarri "Vanity Fair"ə müsahibəsində İtaliyaya qayıtmaq ehtimalı barədə danışıb:
"Bizim, yənli italyanların evə bağlılığımız güclü olur. Evdən uzaq olanda sanki nəsə çatışmır.
Ağır il idi. Dostlardan ayrı qalmağın və valideynlərimi nadir hallarda görməyin yükünü daşıyırdım. Ancaq mən həmişə peşəkar seçimlər edirəm. Bundan sonra 20 il məşqçiliklə məşğul olası deyiləm. Pasportda göstərilən yaşım bunu deməyə əsas verir.
Məşqçilik asan deyil. Evə - Toskanaya qayıdanda özümü qərib biri kimi hiss edirəm. Son illərdə cəmi 30 gecə yatmışam.
Neapollular onları necə sevdiyimi yaxşı bilirlər. Keçən il sırf İtaliyada başqa komandada çalışmamaq üçün İngiltərədə işləmək qərarına gəldim. Peşəniz sizi başqa yol tutmağa məcbur edə bilər, ancaq bu səbəbdən insanlarla əlaqələriniz dəyişməməlidi.
Klubuna 110% sadiq olmalısan, ancaq sadiqliq özü nə deməkdi? Klub səni işdən çıxarmaq qərarına gəlibsə, nə etməlisən? Boşandığın arvada sadiq qalmalısan?
Bu mənada Totti bir klubun simvolu idi. Gələcəkdə belə oyunçular olmayacaq".
Son yayılan məlumatlara görə, Sarri "Yuventus"la anlaşıb. İtalyan mütəxəssis 2015-2018-ci illərdə "Napoli"ni çalışdırıb. Sarrinin "Yuventus"da çalışmaq ehtimalı Neapol klubunun azarkeşləri tərəfindən etirazla qarşılanıb.(sport7.az)