"Yuventus" klubu baş məşqçi Massimiliano Alleqri ilə yeni müqavilə imzalamayacaq.
Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Turin klubu bu gün Alleqri ilə üçüncü dəfə görüşüb və tərəflər razılığa gələ bilməyiblər.
Klubun yaydığı açıqlamada mütəxəssislə mövsümün sonunda yolların ayrılacağı qeyd olunub.
Xatırladaq ki, Alleqri "Yuventus"da 5 il keçirib və 5 dəfə İtaliya çempionu olub