"Yuventus"un baş məşqçisi Massimiliano Alleqri bu mövsümün sonu Turin klubundan ayrılmağa hazırdır.
Offsideplus.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə,51 yaşlı mütəxəssisin yayda istirahət götürməyi düşündüyü bildirilib. İtaliyalı çalışdırıcının gərgin iş rejimindən yorulduğu bildirilib. Ondan Çempionlar Liqasının qalibi olmağı tələb olunduğu vurğulanıb.
Qeyd edək ki, bundan əvvəl Zinəddin Zidan "Real"da uğurlu mövsüm keçirməsinə baxmayaraq, istefa vermişdi. O, bir ilə yaxındır istirahət edir.
Əlavə edək ki, hazırda A seriyasında lider olan "Yuventus" Alleqrinin rəhbərliyi altında 5-ci dəfə ölkə çempionu olmağa yaxındır. Ancaq komanda Çempionlar Liqasında ilk matçda "Atletiko"ya 0:2 hesabı ilə uduzub.