İtaliyanın paytaxtı Romada keçirilən UEFA-nın 43-cü Konqresi yekunlaşıb.
Offsideplus.az xəbər verir ki, tədbirdə qurumun prezidenti postuna seçkilər reallaşıb.
UEFA-nın indiki prezidenti Aleksandar Çeferin seçkilərdə yeganə namizəd olub. Çünki quruma üzv olan 55 milli assosiasiyanın hamısı onun namizədliyini irəli sürüb.
Çeferin alternativsiz seçkidə yenidən qurumun prezidenti olub. O, 2023-cü ilədək UEFA-ya rəhbərlik edəcək. Sloveniyalı funksioner avtomatik FİFA-nın vitse-prezidenti postunu da tutacaq.
Qeyd edək ki, 2016-cı il sentyabrın 14-də bu vəzifəyə seçilən sloveniyalı 42 səslə qalib gəlmişdi.