İtaliyanın "Yuventus" klubu İspaniyanın "Real Madrid" komandasının futbolçusu Marselonu heyətinə qatmaq istəyir.
Offsideplus.az "Tuttosport"a istinadən xəbər verir ki, Turin təmsilçisi 31 yaşlı cinah müdafiəçisi üçün 45 milyon avro təklif etmək niyyətindədir. İtaliya klubu braziliyalı oyunçuya isə illik 12 milyon avro təklif etməyə hazırdır.
Bu transferin reallaşacağı təqdirdə, "Yuventus" futbolçusu Aleks Sandronu Avropanın aparıcı klublarından birinə satacaq.
Qeyd edək ki, daha öncə Kriştiano Ronaldonun Marselonu "Yuventus"a keçməyə razı salmağa çalışdığı bildirilib. Müdafiəçi isə bir müddət əvvəl klub rəhbərliyindən transferə çıxarılmasınıistəyib.