"Real"ın müdafiəçisi Marselo karyerasını İtaliyada davam etdirə bilər.
Offsideplus.az "AS" nəşrinə istinadən xəbər verir ki, onun xidmətində "Yuventus" maraqlıdır. Sabiq "Real"lı Kriştianu Ronaldo tez-tez əlaqə saxladığı Marselonun İtaliyaya gəlməsində maralıdır.
Ancaq Madrid klubunun futbolçunu buraxmaq niyyətində olmadığı vurğulanır.
Qeyd edək ki, Marselonun "Real"la müqaviləsi 2022-ci ilin yayına qədərdir.