“Yuventus”un futbolçusu Corco Kyellini İtaliya futbolunun hazırkı durumu ilə bağlı danışıb.
Offsideplus.az xəbər verir ki, Kyellini İtaliya futbol məktəbinin ənənəvi müdafiə stilinin dağıldığını bildirib. O, buna görə “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiolanı günahlandırıb:
“Qvardiola italyan müdafiə futbolunu dağıtdı. O, fantastik məşqçidi. Ancaq nədənsə italyan məşqçilər də onu yamsılamağa çalışdılar.
Buna görə də on il ərzində özünəməxsusluğumuzu itirdik. Bizim stili Maldini, Barezi, Kannavaro, Berqomi müəyyənləşdirirdi. İndi isə 1984-1995-ci il doğumlular arasında yalnız Bonuççi var.
On ildən sonra bizdə ümumiyyətlə, yaxşı müdafiəçilər olmayacaq. DÇ-yə vəsiqə qazana bilməməyimizin səbəbi də bu problemdi”.