"Yuventus" yeni yarımmüdafiəçi axtarışını davam etdirir.
Offsideplus.az xəbər verir ki, əsas namizəd kimi Frank Kessiyenin adı ön plana çıxıb. 29 yaşlı Fil Dişi Sahili millisinin üzvü iyunun sonunda Turin klubuna keçmək istədiyini açıqlayıb. 1 iyuldan etibarən "Milan", "Barselona" və "Atalanta"nın sabiq oyunçusu azad agent statusu qazanıb.
Kessiye "Yuventus"un əsas transfer hədəfi hesab olunur və hazırda digər təklifləri nəzərdən keçirmir. Onun Turin klubunun idman direktoru Frederik Massara ilə "Milan"da birgə çalışması bu keçiddə mühüm rol oynaya bilər.
Lakin transferin baş tutması üçün "Yuventus"un əvvəlcə Artur Melonun gedişini rəsmiləşdirməsi və həmin mövqedə daha bir dəyişiklik etməsi tələb olunur.


