Bu gün Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunları oynanılacaq.

Offsideplus.az xəbər verir ki, ilk oyun günündə 3 görüş baş tutacaq. Bununla da qrup mərhələsinə vəsiqə qazanan 3 komandanın adı məlum olacaq.

"Qarabağ" "Bakıda qolsuz bərabərə qaldığı "Viktoriya" (Plzen) ilə Çexiyada üz-üzə gələcək. 

 Çempionlar Liqasında qalan 3 matç isə avqustun 24-də baş tutacaq.

Qeyd edək ki, Çempionlar Liqasında qrup mərhələsində mübarizə aparacaq 32 komandadan 26-sı məlumdur. Bunlar UEFA reytinqində daha yüksək xala malik ölkələrin təmsilçiləri olduqlarına görə turnirə birbaşa vəsiqə qazanıblar.

 

23 avqust

 Çempionlar Liqası, pley-off mərhələsi

Cavab oyunları

23:00. "Viktoriya" (Plzen, Çexiya) - "Qarabağ" (Azərbaycan)
İlk oyun - 0:0

23:00. "Srvena Zvezda" (Serbiya) - "Makkabi" (Hayfa, İsrail)
İlk oyun - 2:3

23:00 "Benfika" (Portuqaliya) - "Dinamo" (Kiyev, Ukrayna)
İlk oyun - 2:0

24 avqust

23:00. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Budo Qlimt" (Norveç) 

İlk oyun - 0:1

23:00. PSV (Niderland) - "Reyncers" (Şotlandiya)

İlk oyun - 2:2

23:00. "Trabzonspor" (Türkiyə) - "Kopenhagen" (Danimarka) 

İlk oyun - 1:2