Ötən gün keçirilən 3 görüşlə Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunlarına yekun vurulub.
Offsideplus.az xəbər verir ki, Azərbaycan təmsilçisi "Qarabağ" öz meydanında Çexiyanın "Viktoriya" (Plzen) komandası ilə qolsuz heç-heçəyə razılaşıbsa,
İsrail "Makkabi"si (Hayfa) evdə Serbiyanın "Srvena Zvezda" klubunu 3:2, Portuqaliyanın "Benfika" komandası isə Polşada keçirilən oyunda Ukraynanın "Dinamo" (Kiyev) klubuna 2:0 hesabı ilə qalib gəlib.
Çempionlar Liqası
Pley-off mərhələsi, ilk oyunlar
17 avqust
20:45. "Qarabağ" (Azərbaycan) - "Viktoriya" (Plzen, Çexiya) - 0:0
23:00. "Makkabi" (Hayfa, İsrail) - "Srvena Zvezda" (Serbiya) - 3:2
Qollar: Frantsdi Pyero, 18; 51. Tyeronn Şeri,61 - Aleksandr Peşiç, 27. Gelor Kanqa, 39
23:00. "Dinamo" (Kiyev, Ukrayna) - "Benfika" (Portuqaliya) - 0:2
Qollar: Cilberto Moraes, 9. Qonsalu Ramuş, 37.
16 avqust
23:00. "Budo Qlimt" (Norveç) - "Dinamo" (Zaqreb, Xorvatiya) - 1:0
23:00. "Kopenhagen" (Danimarka) - "Trabzonspor" (Türkiyə) - 2:1
23:00. "Reyncers" (Şotlandiya) - PSV (Niderland) - 2:2
Qeyd edək ki, ÇL-da pley-off mərhələsinin cavab matçları avqustun 23-24-də keçiriləcək.