UEFA Çempionlar Liqasında məhsuldar gecənin ən bolqollu qarşılaşması ötən mövsümün finalçısı "Mançester Siti"nin İngiltərədə Almaniya "Leyptsiq"i ilə oyununa təsadüf edib.
Offsideplus.az-ın məlumatına görə, bu matçda qapılara 9 qol vurulub və "şəhərlilər" 6:3 hesabı ilə qalib gəliblər.
UEFA Çempionlar Liqası
Qrup mərhələsi, I tur
15 sentyabr
A qrupu
"Mançester Siti" (İngiltərə) - "Leyptsiq" (Almaniya) - 6:3
Qollar: Natan Ake, 16. Nordi Mukiele, 28 (öz qapısına). Riyad Mahrez, 45+2. Cek Qriliş, 56. Joau Kanselu, 75. Qabriel Jezus, 85 - Kristofer Nkunku, 42; 51; 73
Qırmızı vərəqə: Anxelino, 79 ("Leyptsiq")