David De Xea daha bir mövsüm "Fiorentina"da çıxış edəcək.

Offsideplus.az xəbər verir ki, bunu Florensiya klubunun prezidenti Rokko Kommisso təsdiq edib. 

De Xea ötən ilin yayından "Fiorentina"da çıxış edir. O, cari mövsümdə 32 oyunda komandasının qapısını qoruyub və bu oyunların 10-da qol buraxmayıb.