"Adam Uorton əla dayaq yarımmüdafiəçisidir. O, artıq İngiltərə millisinə da çağrılır".
Offsideplus.az xəbər verir ki, bu sözləri Pep Qvardiola "Kristal Pelas"ın futbolçusu barədə deyib.
İspaniyalı mütəxəssis gənc futbolçunu tərifləməyə davam edib.
"Çempionşipdən Premyer Liqaya çox asanlıqla uyğunlaşdı. Parlaq sol ayaq, həqiqətən yaxşı oyunçudur".
Uorton 2024-cü ilin yanvarında "Blekbörn"dən "Kristal Pelas"a transfer olub. O, cari mövsümdə 20 oyunda meydanda olub.