"Mançester Yunayted" hücumçusu Rasmus Höylundun dəyərini bəlirləyib.

Offsideplus.az xəbər verir ki, "qırmızı şeytanlar" danimarkalı futbolçu üçün 52 milyon funt-sterlinq tələb edir. Bu məbləğdən aşağı təkliflər dinlənilməyəcək.

Bu barədə "Tuttomercatoweb" portalı məlumat verib.

Höylundla "Yuventus" yaxından maraqlanır.

O, cari mövsümdə bütün turnirlərdə 42 oyunda 8 qol vurub və 4 məhsuldar ötürmə edib.