“Şəki” klubunun kapitanı Roti Veyr Azərbaycan Basketbol Liqasının B qrupu üzrə MVP-si (ən dəyərli oyunçu) seçilib.

Offsideplus.az xəbər verir ki, bu münasibətlə amerikalı idmançıya Azərbaycan Basketbol Federasiyası tərəfindən mükfat verilib.

Federasiya rəsmiləri mükafatı dünən “Gəncə” ilə pley-off oyunundan öncə təqdimm ediblər. 

Qeyd edək ki, Roti Veyr XV (“Lənkəran”la görüşdə 33 xal), XVI (“Ordu” ilə görüşdə 33 xal) və XX turda (“Lənkəran”la qarşılaşmada 23 xal) oyunun MVP-si seçilib.