Fransanın "Marsel" klubunun hücumçusu Meyson Qrinvud milli komanda seçimini edib.
Offsideplus.az xəbər verir ki, 23 yaşlı futbolçu Yamayka yığmasını seçib. O, İngiltərənin uğurları üçün yox, Yamayka milli komandası üçün çıxış edəcək.
Bu barədə "ESPN" məlumat yayıb.
Qrinvud 2020-ci ildə İngiltərə yığmasında 1 oyuna çıxıb. O, aşağı yaş qruplarında da "üç aslan"ın formasını geyinib, lakin sonda seçimi əsli olan ölkə olub.