Növbəti mövsüm İspaniyanı Çempionlar Liqasında 5 komandanın təmsil edəcəyi dəqiqləşib.

Offsideplus.az xəbər verir ki, "Latsio"nun mübarizəni dayandırması və "Atletik"in Avropa Liqasında yarımfinala yüksəlməyindən sonra bu rəsmiləşib. İngiltərənin ardından İspaniya da gələn sezon 5 komanda ilə ÇL-da çıxış edəcək.

Hətta Pireney təmsilçisində bu rəqəm 6 da ola bilər. Əgər, "Atletik" Avropa Liqasını qazanıb, La Liqa ilk 4-ə girməsə, o zaman ispanlar 6 komanda ilə təmsil olunacaq.

Hazırda La Liqada ilk 5 yeri - "Barselona", "Real", "Atletiko", "Atletik" və "Vilyarreal" tutur.