İcarə əsasında "Fənərbağça"da çıxış edən Milan Şkrinyar karyerasını Premyer Liqada davam etdirə bilər.
Offsideplus.az xəbər verir ki, slovakiyalı müdafiəçi ilə "Vulverhempton" yaxından maraqlanır.
Bu barədə "CaughtOffside" portalı məlumat yayıb.
Şkrinyar müqavilə ilə PSJ-yə məxsusdur. O, Paris klubunda həftəlik 200 min funt-sterlinq qazanır.
"Fənərbağça" da slovakiyalı futbolçunu yayda birdəfəlik transfer etməyə çalışacaq.



