"Neftçi" UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində "Dinamo"nun qonağı olacaq.

Offsideplus.az xəbər verir ki, iyulun 7-si Bakı vaxtı ilə saat 20:00-da Boris Payçadze adına “Dinamo Arena” stadionunda keçiriləcək görüş öncəsi açıq məşq və mətbuat konfransının vaxtı müəyyənləşib.  İyulun 6-sı Bakı vaxtı ilə saat 19:30-dan etibarən Boris Payçadze adına “Dinamo Arena”nın mətbuat zalında keçiriləcək tədbirdə baş məşqçi Samir Abasov və serbiyalı futbolçu Voislav Stankoviç iştirak edəcək.

“Neftçi TV” vasitəsilə canlı yayımlanacaq mətbuat konfransından sonra saat 20:00-da "ağ-qaralar" açıq məşqə (ilk 15 dəqiqəsi) çıxacaq.

Rəqib komanda isə saat 18:00-da mətbuat konfransı, 18:30-da isə açıq məşq (ilk 15 dəqiqəsi) keçirəcək.