"Çelsi"nin qadınlardan ibarət komandası UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinə vəsiqəni təmin edib.

Offsideplus.az xəbər verir ki, "zadəganlar" səfərdə Almaniya təmsilçisi "Volfsburq"u 3:0 hesabı ilə məğlub edərək, növbəti mərhələyə adlayıblar.

İlk görüşdə də 2:1 hesabı ilə qalib gələn London təmsilçisi yarımfinalda rəqibini gözləyir.

1/4 finalın növbəti görüşü hazırda "Mançester Siti" və "Barselona" arasında oynanılır. Matçda hesab 1:0 hesabı ilə "şəhərlilər"in xeyrinədir.