Dünən Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində "Çelsi" doğma meydanda "Bavariya"ya 0:3 hesabı ilə məğlub olub.

Offsideplus.az xəbər verir ki, bu, London təmsilçisinin avrokuboklar tarixində “Stemford Bric”də ən böyükhesablı məğlubiyyəti olub. "Zadəganlar" indiyə kimi Avropa turnirlərində doğma meydanda 3 fərqli məğlubiyyət yaşamamışdı.

Bundan əlavə, komanda Frenk Lempardın rəhbərliyi altında cari mövsüm öz meydanında 8-ci dəfə uduzub. Bu, klubun 1985-86 mövsümündən bəri ən zəif göstəricisidir.