Bu gün Çempionlar Liqasının 1/8 finalında “Sevilya” “Mançester Yunayted”lə qarşılaşacaq.
Offsideplus.az xəbər verir ki, “Sevilya”nın baş məşqçisi Vinçentso Montella oyunla bağlı fikirlərini bildirib. Montellaya “rəqibin hücumçusu Aleksis Sançesin qarşısını necə almağı planlaşdırırsız” sualı da verilib.
O, bu suala qısa və konkret cavab verib: “Yəqin ki, biz onu öldürməli olacağıq”.
Qarşılaşma Mançesterdə keçiriləcək.
Aleksis Sançes MY-nin heyətində bütün turnirlərdə 5 oyun keçirib, 2 qol vurub, 1 qol ötürməsi edib.