Çempionlar Liqasının 1/4 final mərhələsində keçiriləcək son iki oyunun da hakim təyinatları açıqlanıb.

Offsideplus.az UEFA-nın saytına istinadən xəbər verir ki, “Nou Kamp”da keçiriləcək “Barselona” – “Roma” oyununu hollandiyalı hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Danni Makkiele olacaq.

“Liverpul” – “Mançester Siti” görüşünü isə almaniyalı Feliks Brix idarə edəcək.

Qeyd edək ki. Aprelin 4-də keçiriləcək oyunlar Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.