"Liverpul" klubunun braziliyalı hücumçusu Roberto Firmino Çempionlar Liqasının yarımfinal mərhələsinin "Barselona" ilə ilk oyununu buraxa bilər. 

Offsideplus.az xəbər verir ki, əzələsində problem olan futbolçunun "Nou-Kamp"dakı matçda meydana çıxması sual altındadır. 27 yaşlı forvard eyni səbəbdən dünən İngiltərə Premyer Liqasının 36-cı turunun "Haddersfild"lə görüşündə (5:0) də oynamayıb.

Qeyd edək ki, "Barselona" - "Liverpul" oyunu mayın 1-də keçiriləcək.