"Linkoln" klubu UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununda "Qarabağ" 0:4 hesabı ilə məğlub olaraq turnirdə mübarizəni dayandırıb.
Offsideplus.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında Cəbəllütariq təmsilçisinin baş məşqçisi Xavi Munyoz jurnalistlərin suallarını cavablandırıb:
- İlk öncə qonaqpərvərliyə görə Bakıya, "Qarabağ"a, sizlərə təşəkkür etmək istəyirəm. Oyunun ilk dəqiqələrində bizim üçün çətin idi bunu gözləyirdik. Lain oyunçularımla klub nümayəndələri komandamla qürur duyuruq. Avropada mübarizə aparan sadə klubuq. "Qarabağ" bizdən üstün idi, lakin sona qədər savaşdıq. Bundan sonra da bütün oyunlarda son dəqiqələrə qədər mübarizə aparacağıq.
- Planınız niyə həyata keçmədi?
- Əslində, hər oyun üçün planımız olur, bu bəzən alınır, bəzən alınmır. "Qarabağ" ilk dəqiqələrdə önə çıxdı. Rəqibim keyfiyyətli oyunçuları var. "Qarabağ"ın vurduğu erkən ol planlarımızın həyata keçməsinə imkan vermədi. "Qarabağ" istənilən komandanı məğlub edə bilər. Polşa çempionu ilə oyun asan olmayacaq. Lakin "Qarabağ" qrup mərhələsinə düşə biləcək komandalar sırasındadır.