"Qarabağ" klubunun futbolçusu Kadi Borges Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində "Lex"ə qalib gələrək mərhələ adlamaları (ilk oyun- 0:1, cavab matçı - 5:1)barədə fikirlərini bölüşüb.

Offsideplus.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi Bakıdakı cavab görüşündən sonra "CBC Sport"a açıqlamasında deyib:

"Belə matçdan sonra nə demək olar? Bu, "Qarabağ"ın gücüdür. Evdə necə rahat olduğumuzu göstərdik. Bəzən oyunumuz alınmaya bilər. Əsas odur ki, başımızı dik tutaq".