Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı futbolçusunun adına aydınlıq gəlib.
Offsideplus.az xəbər verir ki, "Mançester Siti"li Riyad Mahrez hamıdan üstün olub.
Əlcazairli futbolçu "Etihad"da PSJ-nin qapısına vurulan hər 2 qolun müəllifi olub.
Qeyd edək ki, ilk görüşdə də 2:1 hesabı ilə qələbə qazanan "şəhərlilər" finala yüksəlib.