Tatarıstanın paytaxtı Kazan şəhərində keçirilən "BRICS Sports Games Kazan 2024" beynəlxalq multi-idman oyunları davam edir.

Offsideplus.az xəbər verir ki, Azərbaycan millisi aktivinə bu gün daha 3 medal əlavə edib.

Sərbəst güləşçilərimizdən Şamil Zubairov (92 kq) gümüş, Ceyhun Allahverdiyev (61 kq) və Cəbrayıl Qadjiyev (74 kq) bürünc medal qazanıb.

Bununla da komandamızın hesabındakı medal sayı 6-ya yüksəlib. Daha öncə karateçi Mədinə Sadıqova (55 kq) birinci, samboçu Rəsul Aydəmirov (98 kq) və avarçəkən Bəhmən Nəsiri üçüncü yeri tutublar.