Cəbəllütariqdə 16 yaşlı qızlar arasında keçirilən basketbol üzrə Avropa çempionatının C divizionunda millimizin sonuncu qrup oyununu keçirib.
Offsideplus.az xəbər verir ki, komandamızın rəqibi Kipr seçməsi olub.
Qarşılaşma yığmamızın 68-45 hesablı qələbəsi ilə başa çatıb. Bununla da Azərbaycan qrupu lider kimi tamamlayıb.
Qeyd edək ki, yarımfinal oyunları 13 iyul tarixində baş tutacaq.