"Leypsiq"in hücumameyilli yarımmüdafiəçisi Dani Olma karyerasını İngiltərədə davam etdirə bilər.
Offsideplus.az xəbər verir ki, bu barədə "Todofichajes" nəşri məlumat yayıb.
Onun xidmətində "Mançester Siti" maraqlıdır. Olmonun komandası ilə müqaviləsi 2027-ci ilin yayına qədərdir.
"Şəhərlilər" 26 yaşlı futbolçunu Kevin de Bruynenin əvəzləyicisi kimi düşünür. Belçikalının Səudiyyə Ərəbistanı klublarından birinə keçəcəyi gözlənilir.